“Barselona” prezidentindən Halandla bağlı açıqlama: “Hər şey mümkündür!”

“Barselona” klubunun prezidenti Xuan Laporta adı klubla hallanan Erlinq Halandla bağlı açıqlama verib.

90plus.az xarici mətbuata istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin rəhbəri, “Barselona” Halandı transfer edə bilərmi” sualına belə cavab verib:


“Hər şey mümkündür! Növbəti mövsüm üçün güclü komanda yaradırıq. İlk addımımız baş məşqçi Xavinin istədiyi futbolçuları heyətə qatmaqdır.

İmkanlarımızı dəyərləndirəcəyik. Yaxın zamanda “Barselona”nın yenidən gücləndiyini görəcəyik. Hər kəs hazır olsun. “Barselona” geri qayıtdı!”

0 comments