top of page

“Barselona” qapıçısı ilə müqavilə yenilədi

"Barselona" qapıçı Mark-Andre ter Ştegenlə bağlı müqavilə yeniləyib.


90plus.az Kataloniya klubunun rəsmi saytına istinadən xəbər verir ki, alman qolkiper müddəti 2028-ci ilə qədər olan anlaşmaya imza atıb.


Müqavilədəki bəndə əsasən, 31 yaşlı ter Ştegeni heyətinə qatmaq istəyən klub "Barselona"ya 500 milyon avro ödəməlidir. 


Xatırladaq ki, "Barselona" sözügedən qapıçını 2014-cü ildə, 12 milyon avro qarşılığında yetirməsi olduğu Mönhenqladbax "Borussiya"sından transfer alıb.

0 comments
bottom of page