"Barselona" rəhbərliyində kütləvi istefalar

"Barselona" rəhbərliyində istefalar reallaşıb.

90plus.az İspaniya mətbuatına istinadən xəbər verir ki, İdarə Heyətinin 6 üzvü vəzifəsindən ayrılıb.



Bunlar vitse-prezidentər Emili Ruso, Enrike Tomas, direktorlar Silvio Elias, Mariya Teyşidor, Jozef Pont və İdarə Heyətinin katibi Jordi Klasamilyadır. Onların koronavirus pandemiyası dövründə klubun idarə edilməsində problem yarandığı və buna görə də "Barselona"nın prezidenti Jozep Bartomeu ilə aralarında münaqişə olduğu üçün istefa verdikləri bildirilir. Həmçinin, istefanın səbəbi kimi sosial şəbəkələrdə kapitan Lionel Messinin tənqid olunması barədə işlər də göstərilib.


Qeyd edək ki, "Barselona"da koronavirus pandemiyasının yaratdığı böhrana görə, futbolçuların maaşlarının 70 faizi kəsilib.

0 comments