top of page

“Barselona” rəsmisi: “Messinin qayıdışı mümkün idi”

“Barselona”nın prezidenti Joan Laportanın məsləhətçisi Enrik Masip Lionel Messinin yayda komandaya qayıdışının baş tutmaması barədə danışıb.


90plus.azsport.es”ə istinadən verdiyi məlumata görə, funksioner keçidin reallaşmamasının argentinalı futbolçu ilə bağlı olduğunu bildirib:

“Messinin qayıdışı mümkün idimi? Məncə, bəli. Müzakirə olunan şərtlərlə qayıdış reallaşa bilərdi. Əgər Messi “Barselona”ya geri dönmək istəsəydi, bunun üçün səy göstərərdi. Yekunda hər kəs öz yolunu seçir. O da ABŞ-a yollandı. Messi yeni iş yerində xoşbəxt görünür”.


Qeyd edək ki, PSJ ilə müqaviləsi yayda başa çatan argentinalı ulduzun sabiq klubuna qayıdışı müzakirə olunsa da, yekunda o, “İnter Mayami”yə keçməyə qərar verdi.



0 comments
bottom of page