"Barselona" Rakitiçi satır

"Barselona" furbolçusu İvan Rakitiçi komandadan göndərə bilər.



90plus.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Kataloniya klubu müqaviləsi 2021-ci ildə başa çatacaq 32 yaşlı yarımmüdafiəçini azad agent kimi buraxmaq yox, onu 10 milyon avroya satmaq niyyətindədir. İspaniya təmsilçisi yeni mövsüm üçün heyətini cavanlaşdırmaq və maaş xərclərini azaltmağı planlaşdırır. Buna görə də "Barselona" xorvatiyalı oyunçudan gəlir götürmək şərti ilə yollarını ayırmaq istəyir.




Qeyd edək ki, İ.Rakitiç bu mövsüm 31 matça çıxaraq 1 qol vurub və 1 qolun ötürməsini verib.

0 comments

Recent Posts

See All

Növbəti mövsümdən “Sumqayıt” klubunda əcnəbi futbolçuların çıxışına razılıq verilib. 90plus.az xəbər verir ki, bu barədə klubun Müşahidə Şurasının iclasında qərar qəbul olunub. İclasda əsas komandanı