Kleman Lanqle iyulun 18-dək “Barselona” ilə məşq etməmək hüququna malikdir.
90plus.az kataloniyalıların rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçi klubdan müvafiq icazə alıb.
Fransalı futbolçu bir gün əvvəl yeni mövsüm öncəsi tibbi müayinədən keçib.
Daha əvvəl bildirilmişdi ki, “Barselona” Lanqleni ötən mövsüm icarə əsasında çıxış etdiyi “Tottenhem”ə 10+5 milyon avroya sata bilər.