"Barselona" son dəfə Messiyə təklif göndərib


"Barselona" son dəfə Lionel Messi ilə müqaviləni imzalamaq cəhdinə təşəbbüs göstərib. 90plus.az “La Porteria”ya istinadən xəbər verir ki, klubun baş direktoru Ferran Reverter futbolçu ilə danışıqlar aparıb və ona klubda qalmaqla bağlı yeni təklif irəli sürüb. Danışıqların digər təfərrüatları açıqlanmır. Xatırladaq ki, avqustun 5-də "Barselona" Messi ilə razılaşmanı uzatmayacağını elan edib.

0 comments