top of page

"Barselona" Sterlinqi istəyir

"Mançester Siti"nin hücumçusu Rahim Sterlinq karyerasını İspaniyada davam etdirə bilər.

90plus.az xəbər verir ki, bu barədə sport.es məlumat yayıb. Bildirilib ki, "Barselona" ingilis futbolçunu transfer etmək istəyir.

Kataloniya klubunun 26 yaşlı futbolçunu qış transfer pəncərəsi üçün prioritet hədəfə çevirdiyi bildirilib. Yayda klub Sterlinqi icarəyə götürməyə çalışsa da, futbolçu İngiltərədə qalıb. Bu mövsüm futbolçu bütün turnirlərdə 6 oyuna çıxıb və 1 qol vurub.

Sterlinq 2015 -ci ildə "Liverpul" dan "Mançester Siti" yə keçib. Futbolçunun klubla müqaviləsi 2023 -cü ilin iyununda başa çatacaq.

0 comments
bottom of page