"Barselona" türkiyəlini göndərir, ispaniyalını alır


"Barselona" futbolçusu Yusuf Demirlə yollarını ayıracaq. 90plus.az "Marca"ya istinadən xəbər verir ki, Kataloniya klubu "Rapid" (Vyana) klubuna məxsus olan 18 yaşlı hücumçunu heyətdə saxlamaq istəmir. Türk əsilli oyunçu əsas komandada 9 oyun keçirib. Demir 10-cu dəfə meydana çıxacağı təqdirdə, "Barselona" onu 10 milyon avroya almaq məcburiyyətində qalacaq. Klub forvardı meydana buraxmayacağı üçün ondan yeni komanda axtarması istənilib. Bundan əlavə, kataloniyalılar İngiltərə "Mançester Siti"sinin hücumçusu Ferran Torresi heyətinə qatıb. Klub yaxın vaxtlarda 21 yaşlı ispaniyalı forvardın transferini açıqlayacaq. Qeyd edək ki, Yusuf Demirin "Barselona" ilə icarə sözləşməsi mövsümün sonunda başa çatmalıdır.

0 comments

Recent Posts

See All