"Barselona" "Anje"nin futbolçusu Azeddin Unaini transfer etməkdən imtina edib.
90plus.az xəbər verir ki, bu keçidə əngəl Kataloniya təmsilçisinin Mərakeş millisinin yarımmüdafiəçisinin keçidi üçün lazımı maliyyəyə sahib olmamasıdır
Xəbərə görə 22 yaşlı futbolçu ilə "Olimpik" (Marsel) də maraqlanır. Klubun direktoru Pablo Lonqoriya onun ətrafı ilə mütəmadi əlaqə saxlayır, lakin hələ "Anje" ilə təmasa keçməyib.
Daha öncə Mərakeş millsinin üzvünün 20 milyon avroya "Napoli"yə keçməyə yaxın olduğu bildirilirdi.