"Barselona" və "Arsenal" Obameyanqla bağlı razılaşdılar!




İspaniyanın "Barselona" klubu qabonlu futbolçu Pyer-Emerik Obameyanqın transferi ilə bağlı İngiltərə "Arsenal" ilə şifahi razılıq əldə edib.


90plus.az "The Atletic"ə istinadən xəbər verir ki, hazırda tərəflər icarə müqaviləsinin detallarını müzakirə edirlər. Qabonlu hücumçu tibbi müayinədən sonra rəsmi müqaviləyə imza atacaq.

33 yaşlı forvard ötən ilin dekabrında intizamsızlığına görə London təmsilçisinin əsas komandasından kənarlaşdırılıb, həmçinin ondan kapitanlıq sarğısı alınıb.

Qeyd edək ki, bu mövsüm "Arsenal"da 14 oyun keçirmiş Pyer-Emerik Obameyanq 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

0 comments

Recent Posts

See All