"Barselona" və "Bavariya" növbəti mərhələdə

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq.




90plus.az-ın xəbərinə görə, son cavab görüşlərinin ardından 1/4 finala axırıncı 2 vəsiqənin sahibi müəyyənləşib.

İspaniyada "Barselona" İtaliya "Napoli"sini (ilk matç 1:1), "Bavariya" isə səfərdə 3:0 hesabı ilə məğlub etdiyi "Çelsi"ni qəbul edib

Nəticələr isə belədir:

8 avqust

23:00. "Barselona" (İspaniya) 3-1 "Napoli" (İtaliya)

Qollar: Langlet 10', Messi 23', Suarez 45+1', İnsinye 45+5'

İlk oyun - 1:1

23:00. "Bavariya" (Almaniya) 4 -1 "Çelsi" (İngiltərə)

Qollar: Levandovski 10', Perisiç 24', Abraham 44', Tolisso 80', Levandovski 84'

İlk oyun - 3:0

Qeyd edək ki, artıq  "Mançester Siti" (İngiltərə),  "Lion" (Fransa),  "Leyptsiq" (Almaniya), PSJ (Fransa), "Atletiko" (İspaniya) və "Atalanta" (İtaliya) 1/4 finala  vəsiqə qazanıblar.

Çempionlar Liqasının qarşılaşmaları növbəti mərhələdən "8-lər finalı" formatında Portuqaliyanın paytaxtı Lissabonda oynanılacaq.

0 comments