"Barselona" və "Yuventus" onu izləyir

"Milan"ın futbolçusu Alessio Romaqnoli "Barselona" və "Yuventus"un maraq dairəsinə düşüb.

90plus.az "Gazetta dello Sport"a istinadən xəbər verir ki, hər iki klub 26 yaşlı mərkəz müdafiəçini yaxından izləyir. Bildirilib ki, İaliya təmsilçisi də oyunçusu ilə 2022-ci ilin iyununda başa çatacaq müqavilənin müddətini uzatmaq istəyir, amma danışıqlarda bir irəliləyiş yoxdur.

Nəşr yazıb ki, danışıqlar dayandırılsa, "Milan" Romaqnolini yayda 20 milyon avroya sata bilər.


Bu məbləğ isə "Barselona" və "Yuventus" üçün məqbuldur.

0 comments