
İspaniya La Liqasında 24-cü turun oyunları keçirilir.
90plus.az xəbər verir ki, bu gün lider "Barselona" evdə "Valensiya" ilə qarşılaşıb. Kataloniya klubu Rafinyanın 15-ci dəqiqədə vurduğu qolla 1:0 hesablı qələbə qazanıb.
Matçın 59-cu dəqiqəsində Ronald Arauxo birbaşa qırmızı vərəqə alaraq komandasını azlıqda qoysa da, "Barselona" üstünlüyünü qoruya bilib.
Bu qələbədən sonra "Barselona" 62 xalla liderdir. "Valensiya" isə 23 xalla 19-cu pillədə qərarlaşıb.