"Barselona" xərclərini açıqladı


"Barselona"nın 2020/21 mövsümündəki xərclərinin məbləği açıqlanıb.


90plus.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Kataloniya təmsilçisi 481 milyon avro zərərə uğrayıb.


Oktyabrın 6-dan etibarən maliyyə problemlərinə səbəb olan şəxslərin tapılması üçün bütün işçilərin yoxlanılmasına başlanacaq. Rəhbərlik 2021/22 mövsümündə bu çətinliklərlə üzləşməmək məqsədi ilə klubda ciddi dəyişikliklər etmək niyyətindədir.


0 comments