top of page

“Barselona” Xavi ilə müqavilə yeniləyəcək

“Barselona” baş məşqçisi Xavi ilə müqavilə müddətini uzadacaq.


90plus.az “Marca”-ya istinadən xəbər verir ki, tərəflər arasında yeni müqavilə 2026-cı ilə qədər nəzərdə tutulub.


42 yaşlı Xavi 1995-2015-ci illərdə “Barselona”nın futbolçusu olub. O, 2021-ci ilin noyabrından “Barselona”ya rəhbərlik edir. Xavi bundan əvvəl Qətərin “Əl-Sədd” komandasını çalışdırıb.


İspaniyalı mütəxəssisin klubla hazırkı müqaviləsi 2024-cü ilin yayında başa çatır. “Barsa” ötən mövsüm onun rəhbərliyi altında İspaniya çempionu olub və ölkə superkubokunu qazanıb.

0 comments
bottom of page