top of page

"Barselona"ya məğlubiyyət Ançelottiyə baha başa gələ bilər


"Real"ın İspaniya kubokunun yarımfinalında Madriddə "Barselona"ya uduzması (0:1) klub rəhbərliyini narazı salıb.

90plus.az ESPN-ə istinadən xəbər verir ki, klub rəsmiləri dominant futbol oynayan komandanın qapıya dəqiq zərbə vura bilməməsini, Ançelottinin B planının olmamasını tənqid ediblər.


Ançelottinin 33 yaşlı Toni Kroos və 37 yaşlı Luka Modriçə dinamik keçəcəyi gözlənilən matçın start heyətində yer verməsi də narazılığa səbəb olub.

Qeyd edək ki, "Real"la "Barsselona" arasında cavab matçı aprelin 5-i "Nou Kamp"da olacaq.

0 comments
bottom of page