top of page

"Barselona"ya qoyulan qadağa davam edəcək

“Barselona” yay transfer dövründə də heyətinə yeni oyunçu cəlb edə bilməyəcək.


90plus.az “Radioestadio”ya istinadən xəbər verir ki, La Liqa rəhbərliyi “Barselona” klubuna yay transfer dövründə transferlər etməyə icazə verməyəcək. Bu barədə La Liqanın prezidenti Xavyer Tebas məlumat verib:


“Bu qış "Barselona" oyunçu transfer edə bilmədi, biz onlara icazə vermədik... və gələn yay da onlar oyunçu ala bilməyəcəklər”.


La Liqa rəhbərliyi bildirib ki, katalonlar tələb olunan 200 milyon avroluq maaş limiti məsələsini həll etməlidir, əks təqdirdə, bu qadağa qüvvədə olacaq.


0 comments
bottom of page