“Barselona”ya yox, “Bavariya”ya keçəcəyimi düşünürdüm” – Arda Turan

Türkiyə millisinin sabiq futbolçusu Arda Turan “Barselona”ya keçidi ilə bağlı maraqlı açıqlamalar verib.



90plus.az xəbər verir ki, o, “Marca”ya müsahibəsində deyib:


"Agentim "Barselona”ya keçəcəyim barədə mənə heç nə deməmişdi. O bildirmişdi ki, transfer razılaşdırıldıqdan 15 gün sonra bu haqda mənə məlumat veriləcək. Mən düşünürdüm ki, “Bavariya”ya keçirəm. Çünki bir il əvvəl “Mançester Yunayted”ə transferim məhz bu səbəbdən son dəqiqədə pozulmuşdu


Sənəd agentimin çantasından düşəndə “Barselona”nın loqotipini gördüm. Buna inanmağım gəlmirdi. “Barselona”nı tərk edəndə çox təəssüflənmişdim. Valverde mənə çox oyun vaxtı vermirdi. Halbuki meydanda Messi və Suaresə hamıdan çox kömək edirdim”.

Xatırladaq ki Arda 2015-ci ilin yayında “Atletiko”dan “Barselona”ya transfer olunub. Onun qeydiyyatı isə yalnız 2016-cı ilin qışında qeydiyyata alınıb.

0 comments

Recent Posts

See All