top of page

“Barselona” yeni forması ilə nostalji yaşayacaq

“Barselona”nın 2023/2024 mövsümü üçün səfər formasının fotoları yayılıb.


90plus.az xəbər verir ki, Kataloniya təmsilçisinin forması 1970-ci illərdən bəri ilk dəfə ağ rəngdə olacaq. Bu barədə “Footyheadlines” məlumat yayıb.


“Nike” tərəfindən hazırlanan səfər formasının şortu və corabları mavi rəngdə olacaq. Bu, 1970-ci illərdə geyinilən forma ilə eyni rənglərdir. “Barselona” indiki loqo əvəzinə 1975-2002-ci illərin loqosundan istifadə edəcək.


“Barsa” cari mövsümdə İspaniya La Liqasının turnir cədvəlində liderdir. Komanda 33 oyundan sonra 82 xal toplayıb.

0 comments
bottom of page