"Barselona"- yeni mövsümdə ilk transfer


"Barselona" yeni mövsüm üçün ilk transferini edib.

90plus.az klubun saytına istinadən xəbər verir ki, "Palmeyras"ın (Braziliya) futbolçusu Mateus Fernandesin keçidi ilə bağlı razılıq əldə olunub. Razılığa əsasən, "Barselona" 7 milyon avro təzminat və 3 milyon avro bonus  ödəyəcək.

La Liqa təmsilçisinin 21 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalayacağı və ona 300 milyon avro qiymət qoyacağı bildirilib. Futbolçu "Barselona"ya bu ilin iyul ayından qoşulacaq.

Qeyd edək ki, M.Fernandes bu mövsüm yerli çempionatda 11 matça çıxaraq 1 qol vurub.

0 comments

Recent Posts

See All