top of page

“Barselona” yeni transferi açıqlamağa hazırlaşır

“Mançester Siti”nin oyunçusu Joao Kanselo karyerasını “Barselona”da davam etdirməyə yaxındır.


90plus.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubu müdafiəçini icarə əsasında transfer etmək fikrindədir. Klubla oyunçu arasında müqavilənin şərtləri ilə bağlı razılıq əldə edilib.


Hazırda ancaq “Mançester Siti” ilə “Barselona”nın ortaq məxrəcə gəlməsi gözlənilir. “Barsa” bu həftə Kanselonun transferini açıqlamaq istəyir.


Kanselo 2022/23 mövsümünün ikinci hissəsini “Bayern”də icarədə keçirib. O, Münhen təmsilçisində 21 oyuna çıxıb, 1 qol vurub və 6 məhsuldar ötürmə edib.


Portuqaliyalı futbolçunun “şəhərlilər”lə müqaviləsi 2027-ci ilin yayına qədərdir.

0 comments

Recent Posts

See All

Comments


bottom of page