Barselonada Messi şou

"Barselona" La Liqanın 23-cü turunda "Betis"lə matçda (3:2) üç qol ötürməsi verən kapitanı Lionel Messininin oyununu şərh edib.

90plus.az xəbər verir ki, Kataloniya klubunda bununla bağlı özünün "Tvitter" səhifəsində yazıb: "Messidən bu axşam üç qol ötürməsi. Onun tarixin ən yaxşı olmasının səbəblərindən biri ən yaxşı ötürmə edən olmasıdır". Qeyd edək ki, İspaniya mətbuatı son günlərdə “Barselona” rəhbərliyi ilə problemləri olan Messinin Kataloniya klubundan ayrıla biləcəyini yazmışdı. Ancaq onun ən azı müqaviləsinin müddəti bitənə - 2021-ci ilin yayına kimi “Barselona”da oynamağa qərar verdiyi bildirilir.

0 comments