"Bartomeu mənimlə pis davrandı" - Suares

Ötən yay "Barselona"dan "Atletiko"ya keçən Luis Suares keçmiş klubunun sabiq prezidenti Xosep Bartomeunu tənqid edib.


90plus.az "Diario Sport"a istinadən xəbər verir ki, 33 yaşlı hücumçu Bartomeunun onunla yolları ayırmaq istəmələrinin birbaşa mətbuata açıqlanmasını yalnış hesab edir:


"Kim mənə pis davrandı? Hər şeydən əvvəl klub prezidenti. O, şəxsən mənə zəng etmək və komandadan ayrılmağımı istədiklərini söyləmək əvəzinə birbaşa mətbuata bildirdi. Niyə bunu əvvəlcə mənə demirsən? Məşqçi isə məsələ ilə bağlı belə söylədi: "Mənə dedilər ki ...". Mənə kluba lazım olmadığımı söyləmək xüsusi bir xarakter tələb etmir. Hər halda bu, məşqçinin işi deyildi. Çünki təlimat yuxarıdan - rəhbərlikdən gəlmişdi".


Qeyd edək ki, Suaresin Madrid təmsilçisi iləə sözləşməsi gələn ilin yayına qədərdir.

0 comments