Basketbolçumuz futbol oyunlarındakı dələduzluğa görə həbs olunub!

Basketbol üzrə Azərbaycan millisinin üzvü Amil Həmzəyev həbs olunub.

90plus.az Futbol+ qəzetinə istinadən xəbər verir ki, "Gəncə” basketbol klubunun üzvü futbol üzrə Azərbaycan çempionatının oyunları zamanı pul qoyuluşunda və nəticələrin müəyyənləşdirilməsində şübhəli şəxs qismində tutulub. O, Kürdəxanı İstintaq Təcridxanasında saxlanılır. Azərbaycan Basketbol Federasiyası bu xəbəri təsdiqləyib. Federasiyadan bildirilib ki, 30 yaşlı basketbolçu 1-2 aydır həbs olunub.

0 comments