top of page

Basketbol üzrə millimiz Avropa Çempionatında mübarizəyə başlayır




Basketbol üzrə Azərbaycan milli komandası Maltada təşkil olunan kiçik ölkələrin Avropa çempionatında bu gün ilk oyununu keçirəcək.


90plus.az xəbər verir ki, A qrupunda yer alan yığma I turda ev sahibləri ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.


Aleksandar Trifunoviçin rəhbərlik etdiyi kollektiv növbəti matçında iyunun 29-da Andorra ilə üz-üzə gələcək.


Kiçik ölkələrin Avropa çempionatı


A qrupu, I tur


20:30. Azərbaycan - Malta


Qeyd edək ki, digər qrupda San-Marino, Ermənistan və Cəbəllütariq komandaları mübarizə aparacaqlar.

0 comments
bottom of page