
Almaniya tarixində ilk dəfə basketbol üzrə dünya çempionu olub.
90plus.az FİBA-nın saytına istinadən xəbər verir ki, Almaniya yığması Basketbol üzrə Dünya Çempionatının finalında Serbiyanı məğlub edib - 83:77.
Qarşılaşma Filippinin paytaxtı Manila şəhərindəki “Mall of Asia”da 12 022 azarkeşin önündə baş tutub.
Qeyd edə ki, almanlar daha öncə heç vaxt turnirin finalına çıxa bilməmişdilər, komandanın ən yaxşı nəticəsi 2002-ci il Dünya Çempionatında bürünc medallar olub.