top of page

Basketbol, Avropa Kuboku: Təmsilçimiz qələbə qazandı!


“Sabah” basketbol komandası FIBA Avropa Kubokunda mübarizəyə başlayıb.


90plus.az xəbər verir ki, A qrupunda yer alan və 18 ildən sonra avrokuboklara qatılan Azərbaycan çempionu ilk oyununda Niderlandın “Donar” komandası ilə qarşılaşıb.


Şimali Makedoniyanın paytaxtı Skopyedəki “Kale Arena”da keçirilə görüş Bakı klubunun 75:72 hesablı qələbəsi ilə başa çatıb.


Qeyd edək ki, “Sabah” növbəti oyunlarını oktyabrın 3-də “Rabotniçki”yə, 5-də isə “Rapid”ə qarşı keçirəcək.

0 comments
bottom of page