top of page

Basketbol təmsilçimizin məşqçisindən fasilə zamanı geridönüş tapşırığı! VİDEO


FIBA Avropa Kubokunun müntəzəm mövsümündə ilk qələbəsini qazanan "Sabah"ın məşqçisi Nikola Bozinovski "Mornar"la oyunun fasiləsində komandaya bu sözləri deyib:


90plus.az xəbər verir ki, o, komandanı geridönüşə səsləyib:


"Komanda kimi oynayır, komanda kimi sona qədər savaşırıq. Təslim olmayacağıq, ikinci hissədə xarakter nümayiş etdiririk. Həmişə sizə güvənirəm. Bu cür davam edirik, geridönüş edəcəyik!"


Qeyd edək ki, FIBA Avropa Kubokundakı təmsilçimiz "Sabah" "Mornar" kollektivini 81:74 hesabı ilə məğlub etdi. Bu ölkə basketbolu tarixində avrokubokların qrup mərhələlərində qazanılan ilk qələbədir.


Videonu aşağıdakı linkdən izləyə bilərsiniz:

https://t.me/doxsanplus/69482

0 comments
bottom of page