top of page

Basketbol tariximizdə bir ilk yaşanacaq

Azərbaycan basketbol tarixində ilk yaşanacaq.


90plus.az xəbər verir ki, Astarada qadınlar arasında 3×3 basketbol üzrə Dünya Qadın Seriyasının oyunları keçiriləcək.


Azərbaycan millisi ilə yanaşı, ikisi klub olmaqla ümumilikdə 12 komanda yarışda qüvvəsini sınayacaq. Azərbaycan, Almaniya, Çin, Polşa, Misir, Çexiya, Macarıstan, Rumıniya, Ukrayna və Avstriya 3×3 qadın yığmaları, həmçinin, Çinin “Yuanda” və Azərbaycanın “Neftçi” klubu turnirdə mübarizə aparacaqlar.


Dünya Qadın Seriyasının oyunları 20-21 may tarixlərində Astara bulvarında keçiriləcək.

0 comments
bottom of page