top of page

Basketbol yığmamız Avropa çempionatının finalında

Azərbaycanın 16 yaşlı oğlanlardan ibarət basketbol millisi Kosovonun paytaxtı Priştinada keçirilən Avropa çempionatının C Divizionunda finala yüksəlib.


90plus.az xəbər verir ki, yığma yarımfinalda Andorra yığmasını 87:64 hesabı ilə məğlub edərək həlledici görüşə vəsiqə qazanıb.


Milli komandanın finaldakı rəqibi Kipr – Kosovo cütünün qalibi olacaq. İyulun 27-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

0 comments

Comentarios


bottom of page