top of page

Basketbol yığmamız Ermənistanla bir qrupa düşdü


Azərbaycanın 16 yaşadək basketbolçulardan ibarət yığmasının 2023-cü il Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri müəyyənləşib.


90plus.az xəbər verir ki, C Divizionunda mübarizə aparacaq yığmamız püşkatma nəticəsində B qrupunda yer alıb. Millimiz seçmə mərhələdə Ermənistan, Albaniya, Kipr və San Marino ilə qarşılaşacaq. Bu qrupun oyunları bu il 19-27 iyulda Kosovonun paytaxtı Priştinada keçiriləcək.

0 comments
bottom of page