top of page

Basketbol yığmamız Avropa çempionatında növbəti qələbəsini qazanıb

18 yaşadək oğlan basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının C Divizionunda 5-9-cu yerlər uğrunda keçirdiyi ikinci oyununda da qələbə qazanıb.


90plus.az xəbər verir ki, komanda Bakıda Andorra seçməsini 81:55 hesabı ilə məğlub edib.


Ötən gün ilk görüşündə Cəbəllütariqi 75:58 hesabı ilə üstələyən Azərbaycan yığmasının növbəti rəqibi San Marino olacaq. Avqustun 6-da keçiriləcək qarşılaşma saat 12:30-da start götürəcək.

0 comments

Recent Posts

See All
bottom of page