top of page

"Bavaria" ilə matç məni narahat edir"


PSJ-nin baş məşqçisi Kristof Qaltye Çempionlar Liqasının 1/8 finalında "Bavariya" ilə ilk oyun öncəsi narahatlığını bildirib.

90plus.az xəbər verir ki, Paris təmsilçisi ardıcıl iki dəfə - Fransa kubokunda "Marsel"ə (1:2), çempionatda isə "Monako"ya (1:3) uduzub.

Mütəxəssis Fransa mətbuatına açıqlamasında komandasının zəiflədiyini bildirib: “Hərəkətlərimizin intensivliyi yox idi. Hazırda komandanın vəziyyəti belədir. Qəribədir, amma doğrudur. PSJ-də baş məşqçi işləyərkən bunu demək qəribədir, ancaq reallıq belədir. "Bavariya" ilə matç məni narahat edir. Baxaq, "Monako" ilə oyunda start heyətinə düşməyən futbolçulardan hər hansı biri çərşənbə axşamı oynaya bilərmi?

Bizim nəzərəçarpacaq dərəcədə zəifləmiş komandamız var və biz narahatıq. Ancaq belə bir dövrdə insan ağlını itirməməlidir. Azarkeşlərin qəzəbini də anlayıram”.

0 comments
bottom of page