“Bavariya”5 futbolçu ilə ÇL-in rəmzi komandasında...



Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin rəmzi komandası məlum olub.

90plus.az UEFA-nın saytına istinadən xəbər verir ki, rəmzi heyətdə “Çelsi”ni 3:0 hesabıyla məğlub edən “Bavariya”dan 5 futbolçu yer alıb:

Qapıçı: Manuel Noyer (“Bavariya”)

Müdafiəçilər: Alfonso Deyvis, David Alaba (hər ikisi “Bavariya”), Leo Dubois, Marçal (hər ikisi “Lion”)

Yarımmüdafiəçilər: Lukas Tusar (“Lion”), Kevin de Brüyne (“Mançester Siti”), Serj Qnabri (“Bavariya”), İsko (“Real”)

Hücumçular: Robert Levandovski (“Bavariya”), Dris Mertens (“Napoli”)

0 comments