top of page

"Bavariya" "Borussiya Dortmund"u məğlub edərək liderliyə yüksəldi

Almaniya Bundesliqasının 26-cı həftəsində “Bavariya” ilk matçını Tomas Tuxelli Dortmund “Borussiya”sına qarşı keçirib.


90plus.az xəbər verir ki, “Bayern Münhen” “Dortmund” üzərində 4-2 hesabı ilə qalib gəlib.


“Bavariya”nın qollarını 13-cü dəqiqədə Qreqor Kobel (öz qapısına), 18-ci və 23-cü dəqiqələrdə Tomas Müller, 50-ci dəqiqədə isə Kinqsli Koman vurub.


"Borussiya Dortmund"un qollarını 72-ci dəqiqədə Emre Can (penalti) və 90-cı dəqiqədə Donyell Malen vurub.


Çempionluq yarışında mühüm qələbə qazanan "Bavariya" xalını 55-ə yüksəldib və liderliyə yüksəlib. “Borussiya Dortmund" 53 xalla ikinci pilləyə düşüb.


Bundesliqanın 27-ci həftəsində "Bavariya" aprelin 8-i şənbə günü "Frayburq"u qəbul edəcək; Həmin gün Dortmund “Borussiya”sı doğma meydanda “Union Berlin”i qəbul edəcək.



0 comments
bottom of page