top of page

"Bavariya" Deklan Raysı niyə transfer etmədi? - Klub prezidenti açıqladı

“Bayern”in prezidenti Herbert Hayner yarımmüdafiəçi Deklan Raysı transfer etmək fikrindən niyə imtina etdiklərini açıqlayıb.


90plus.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen təmsilçisinin prezidenti klubun hər şeydən önəmli olduğunu deyib:


“Deklan Raysın transferi ilə bağlı maliyyə imkanlarımızı nəzərə alaraq, biz başqa prioritetləri təyin etməli olduq. Klub hər şeydən önəmlidir. Biz klubun maraqlarına uyğun qərarlar qəbul etməliyik”.


Rays yayda “Vest Hem”dən “Arsenal” klubuna 116,6 milyon avroya keçib. Futbolçunun London klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub.



0 comments

Recent Posts

See All

Opmerkingen


bottom of page