top of page

"Bavariya" futbolçusu ilə nikah yenilədi


"Bavariya"nın hücumçusu Erik Şupo-Motinqlə yeni müqavilə imzalayıb.


Qol.az klubun saytına istinadən xəbər verir ki, 33 yaşlı oyunçu ilə müqavilənin müddəti 2024-cü ilin yayına kimi uzadılıb.


Qeyd edək ki, Şupo-Motinq 2020-ci ilin oktyabrından Münhen təmsilçisində oynayır. O, "Bavariya"nın heyətində 82 matçda 33 qol vurub, 10 qolun ötürməsini verib.


0 comments
bottom of page