"Bavariya" liderliyi saxladı



Almaniya Bundesliqasında 23-cü tura start verilib.

90plus.az xəbər verir ki, lider "Bavariya" doğma meydanda "Paderborn"la qarşılaşıb. Matç Münhen klubunun 3:2 hesablı qələbəsi ilə başa çatıb.

"Bavariya" - "Paderborn" - 3:2 Qollar: Qnabri, 25 (1:0), Srbeni, 44 (1:1), Levandovski, 70 (2:1), Miçel, 75 (2:2), Levandovski, 88 (3:2)

Bu qələbə ilə xalını 49-a yüksəldən meydan sahibləri ilk pillədəki mövqeyini qoruyub. "Leyptsiq" 45 xalla 2-ci (22 oyundan), Dortmund "Borussiya"sı 42 xalla (22 oyundan) 3-cüdür.

0 comments