"Bavariya"nın əvəzinə Almaniya millisini təklif etsəydilər, gülərdim"

"Bavariya"nın prezidenti Karl-Hayns Rummeniqqe komandanın baş məşqçisi Hans Diter Flikin Almaniya millisini çalışdıracağı barədə yayılan məlumatlara münasibət bildirib.


90"Sport1"ə istinadən xəbər verir ki, o, 55 yaşlı mütəxəssisin Münhen təmsilçisindən vaxtından əvvəl ayrılmayacağını deyib: "Onun işini vaxtından əvvəl tərk etməsi dəlilik olar. Flikin gələn mövsüm də məşqçimiz olacağına zəmanət veririk. O, həm oyunçu, həm də məşqçi kimi ən yaxşı vaxtlarını "Bavariya"da keçirib. Həmişə baş məşqçinin klubun ən vacib hissəsi olduğunu demişəm. Fliklə müqavilə imzaladığımız isə hamıya məlumdur. Yəni, onun komandadan ayrılması müzakirə belə edilmir. Biz Almaniya Futbol Birliyinin problemlərini həll etməyəcəyik. Düzü, mən məşqçi olsaydım və kimsə mənə "Bavariya"nın əvəzinə Almaniya millisini təklif etsəydi, buna cavab kimi sadəcə gülərdim". Qeyd edək ki, Flik yığma üçün əsas namizədlərdən hesab edilir.

0 comments