top of page

“Bavariya”nın oyunçusu ilin ən yaxşı futbolçusu seçildi

“Bavariya”nın futbolçusu Alfonso Deyvis Kanadada ilin ən yaxşı futbolçusu seçilib.


90plus.az xəbər verir ki, bu barədə Kanada Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb. Deyvis ölkəsində son 5 ildə 4-cü dəfə ilin futbolçusu seçilib.


Qeyd edək ki, 22 yaşlı müdafiəçi bu il “Bavariya” ilə Bundesliqanı və Almaniya Superkubokunu qazanıb. O, Kanada yığması ilə Qətərdə təşkil olunan dünya çempionatında iştirak edib.



0 comments
bottom of page