top of page

"Bavariya"nın futbolçusu zədələndi

"Bavariya"nın futbolçusu Alfonso Deyvis zədələnib.


90plus.az xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı müdafiəçi Bundesliqanın 29-cu turunda “Maynts”la matçda (1:3) sırada çıxıb. O, oyuna davam edə bilməyib və 9-cu dəqiqədə əvəzlənib.


Futbolçunun yaşıl meydanlara nə vaxt qayıda biləcəyi məlum deyil.


Qeyd edək ki, Alfonso bu mövsüm 38 matçda 3 qol vurub və 8 qolun ötürməsini verib.



0 comments
bottom of page