top of page

"Bavariya"nın oyunçusu karyerasını İspaniyada davam etdirə bilər

“Bayern”in yarımmüdafiəçisi Coşua Kimmix karyerasını İspaniya çempionatında davam etdirə bilər.


90plus.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, “Barselona” onun xidmətində maraqlıdır.


Alman futbolçunun özü də İspaniyaya köçmək perspektivinə müsbət yanaşır. Çünki “Bayern”də vəziyyət indi elə də yaxşı deyil: paltardəyişmə otağı bir neçə “düşərgə”yə bölünüb və komandanın oyunu çox da uğurlu görünmür.


Artıq “Barselona” Kimmixi transfer etmək üçün hərəkətə keçib. Amma bu, asan olmayacaq, çünki Kataloniya klubunda müəyyən maliyyə problemləri var. Bununla belə, “Barsa” rəhbərliyi məhz Kimmixi mövsümün sonunda komandanı tərk edəcək Serxio Busketsin əvəzləyicisi kimi görür.



0 comments
bottom of page