“Bavariya" - rekord nəticə = rekord qazanc


"Bavariya” bu mövsüm Çempionlar Liqasından rekord məbləğdə gəlir əldə edib.

90plus.az Almaniya mətbuatına istinadən xəbər verir ki, “qırmızılar”ın qazancı ümumilikdə 74 milyon 190 min avro olub. Münhen təmsilçisi klub reytinqinə görə 33 milyon 240 min, qrup mərhələsində iştirak etdiyinə görə 15 milyon 250 min, qrupdakı 6 qələbəyə görə 16 milyon 200 min, pley-off mərhələsinə vəsiqə əldə etdiklərinə görə isə 9 milyon 500 min avro qazanıb.  

Bundesliqa klubu 1/4  finala adlayarsa, daha 10.5 milyon gəlir əldə edəcək.

0 comments