top of page

"Bavariya" səfərdən qələbə ilə qayıdır

Almaniya Bundesliqasının 23-cü turunda “Ştutqart” “Bavariya”nı qəbul edib. Görüş qonaq komandanın 2:1 hesablı üstünlüyü ilə başa çatıb.


90plus.az xəbər verir ki, Münhen klubuna qələbə qazandıran qolları 39-cu dəqiqədə Matthijs de Ligt və 62-ci dəqiqədə Erik Maksim Çoupo-Motinq vurub. Meydan sahiblərinin yeganə qolu 88-ci ildə Xuan Xose Pereadan gəlib.


Bu nəticədən sonra “Ştutqart” ardıcıl 2-ci dəfə uduzaraq 19 xal toplayıb.


"Bavariya" isə xalını 49-a yüksəltməklə liderliyini bərpa edib.


Liqanın 24-cü həftəsində “Ştutqart” səfərdə “Ayntraxt Frankfurt”la qarşılaşacaq. "Bavariya" doğma meydanda "Auqsburq"u qəbul edəcək.



0 comments
bottom of page