"Bavariya" səhv Yurgeni seçib

"Bavariya"nın 2008-ci ildə Yurgen Kloppu baş məşqçiliyə gətirməkdən son anda imtina etdiyi məlum olub.

90plus.az xəbər verir ki, bu barədə klubun prezidenti Karl Haynz Rummeniqqe ZDF Sport-a açıqlamasında deyib. O, həmin vaxt Yurgen Kloppla danışıqlar aparsalar da, sonda qəflətən Yurgen Klinsmannı bu vəzifəyə gətirdiklərini deyib:

"Yurgen Klismannı baş məşqçi təyin etdiyim üçün məsuliyyət daşıyırdım. Təəsüf ki, bu bir işə yaramayıb. Hər iki tərəf üçün də yaxşı bir qərar deyildi. Klubun keçmiş prezidenti Uli Hoeness həmin vaxt Yurgen Kloppla danışıqlar aparırdı. Amma tez bir qərar verməyimiz lazım idi. Donra da biz Klinsmannı seçdik".

Qeyd edək ki, həmin vaxt "Bavariya" Klinsmannın baş məşqçiliyi altında Bundesliqanı 3-cü pillədə başa vurub.

0 comments