"Bavariya" transferi təsdiqlədi

"Leyptsiq"in futbolçusu Dayot Upamekano karyerasını "Bavariya"da davam etdirəcək.

90plus.az Almaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə Mühnen təmsilçisinin idman direktoru Hasan Salihamiciç məlumat verib:


"Upamekanonun "Bavariya"ya keçməyə razı olduğunu təsdiqləyə bilərəm və bundan çox məmnunuq. Dayot və onun agenti Volker Strut ilə bir neçə ay ərzində yaxşı, intensiv danışıqlar apardıq”.

Qeyd edək ki, "Bavariya"nın yaxın günlərdə Fransa millisinin üzvü Upamekano ilə 5 illik müqavilə imzalayacağı gözlənilir. Klubun 22 yaşlı müdafiəçi üçün 42 milyon avro ödəyəcəyi bildirilir.

0 comments