Baxşıyev:"Azlıqda qalsaq da, xarakter göstərdik."


90plus.az xəbər verir ki, "Zirə" ilə heç-heçə oyunundan sonra (1:1) "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev öz fikirlərini bildirib:


"Komandanı ağır oyuna hazırlaşdırmışdıq. Ümumilikdə komandamdan razı qaldım. Azlıqda qalsaq da, xarakter göstərdik. Sadəcə, son dəqiqədə buraxılan qol xal itkisinə səbəb oldu. Yenə də hakimlik mövzusuna qayıtmaq istəyirəm. Hər oyunumuzda hakimlər xal itirməyimiz üçün hər şey edirlər. Hər gün futbolçularımla görüşəndə onlara izah edə bilmirəm ki, hakimlər bizi niyə belə günə salır. Əgər oyun 1:1 bitməlidisə, əvvəldən desinlər, biz də işimizi bilək. Bu, yeganə belə hal deyil. Gənc məşqçiyəm, bu sahəyə yeni başlamışam. Rəqib qalıb bir qıraqda, hakimlərlə mübarizə aparırıq. Bununla Rəşad Sadıqovun komandasının oyununa kölgə salmaq istəmirəm. “Zirə” əla komandadır".

0 comments