Baxşıyev: "Oyunun ağır keçəcəyini bilirdik"


"Oyunun ağır keçəcəyini bilirdik. Ceyms Adeniyi, Merab Giqauri və Niklas itkiləri ilə çıxmışdıq. Onların boşluğunu tam doldura bilmədik. Rəqibi layiqli qələbə münasibətilə təbrik edirəm. Çox istəkli idilər".


90plus.az xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev səfərdə "Sumqayıt"a 0:2 hesabı ilə məğlub olduqları Azərbaycan Premyer Liqasının 23-cü tur matçından sonra mətbuat konfransında deyib.


41 yaşlı mütəxəssis hələ təslim olmadıqlarını bildirib: "Bu gün ümumi oyun planında çatışmazlıq var idi. Oyunu müəyyən oyunçular üzərində qurursan, onlar olmadıqda rotasiyalar edirsən və bu da keyfiyyətdə düşkünlüyə səbəb olur. Amma ruhdan düşməmişik".

0 comments

Recent Posts

See All