top of page

"Bayer" "Arsenal" müdafiəçisini transfer etdi

İngiltərə "Arsenal"ından ayrılan İsveçrə millisinin futbolçusu Qranit Caka Almaniyanın "Bayer" komandasına keçib.


90plus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.


İddiaya görə, təcrübəli oyunçunun yeni komandasında illik məvacibi 2,2 milyon avro olacaq.


Qeyd edək ki, Qranit Caka daha əvvəl ölkəsinin "Bazel" və Almaniyanın "Borussiya" (Münhenqladbax) klublarının da formasını geyinib.



0 comments
bottom of page